Cəmiyyət

İraq və Suriyadan Azərbaycana deportasiya olunan uşaqların sayı AÇIQLANDI

Sharing is caring!

“Ötən il İraq və Suriyadan Azərbaycana 412 nəfər deportasiya olunub”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, deportasiya olunanlardan 380-i uşaqdır:

“Deportasiya olunanlardan 32 nəfər isə qadındır. Adıçəkilən ölkələrdən 66 nəfər Azərbaycana deportasiya edilib ki, onlardan 64 nəfər sığınacaqda yerləşdirilib və sonradan ailələrinə qaytarılıb”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir