İdman

Şəhid Şəhriyar “Qəbələ” azarkeşi olub: “Ara-sıra oyunlara gəlirdi” – FOTO

Sharing is caring!

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni silahlı birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli “Qəbələ” klubunun azarkeşi olub.

Oxu.az xəbər verir ki, 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində dünyaya gələn Əlibəyli son illər Bakıda – Badamdarda yaşayıb. Hərbçi işdən vaxt tapdığı zamanlarda “Qəbələ”nin oyunlarına da gedirmiş.

“Qırmızı-qaralar”ın sabiq futbolçusu, 2015/16-cı illər mövsümündə komandanın formasını geyinmiş Ermin Zets Şəhriyarla şəklini paylaşıb. O, sosial şəbəkələrdə “Qəbələ” azarkeşlərinə başsağlığı verib.

“Qəbələ”nin “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli Oxu.Az saytına açıqlamasında Şəhriyarın ara-sıra komandanın oyunlarına baş çəkdiyini söyləyib:

“Uşaqlıqdan “Qəbələ”yə azarkeşlik edirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub, sonra zabit kimi işə başlayıb. Qəbələyə, Vəndama gələndə, əgər həmin günlərdə komandanın oyunu olardısa, stadiona gəlirdi. Çox yaxın münasibətimiz olmayıb. Ancaq bilirəm ki, ara-sıra tribunada komandamıza dəstək göstərirdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir