Cəmiyyət

Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub – FOTO

Sharing is caring!

Abşeron rayonunda Məhəmmədi-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili ilə “Mercedes-Benz Sprinter” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir