Cəmiyyət

Üç uşaq atası özündən 10 yaş böyük qadını qaçırdı – MƏHKƏMƏ İŞİ

Sharing is caring!

Şəmkirdə 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində qeydə alınıb.

Belə ki, R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna – ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin 2005-ci ildə boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.

Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib. Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti olmayıb. Buna baxmayaraq, 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət edib və həmin hadisə prokurorluqda araşdırılıb.

Qadın deyib ki, qonşusu onu avtomobillə qaçırmaq istəyəndə yolda düşüb qaçıb.

R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir