Cəmiyyət

Sahil Babayev: “İT mütəxəssisini hər kəs əlbəəl axtarır”

Sharing is caring!

“Hər kəs ali təhsil almağın, nüfuzlu universitetlərin diplomlarını almağın vacibliyini bilir”. 

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, onun dövründə hər kəs can atırdı ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunsun:

“Bizim dövrdə bu fakültə məşhur idi. Hər kəs oraya can atırdı. Baxmayaraq ki, digər faktorları da düşünürdülər, amma oraya can atırdılar. Deməli, orada nəsə görürdülər. Düşünürdülər ki, o diplom onlara böyük nailiyyətlər qazandıracaq. 

Ona görə də bu “drayver”in daha da genişləndirilməsi üzərində addımlar atılmalıdır. Bu gün texniki bilikləri olanların 70-90 faizi çox rahat, sadə formada iş tapa bilir. İT mütəxəssisini hər kəs əlbəəl axtarır. Tapan kimi də işə götürməyə can atır. Eyni zamanda yaxşı mühasibi, auditoru, ixtisaslı mütəxəssisi, HR mütəxəssisini və digərlərini görən kimi işə götürməyə çalışırıq. Bu gün vəziyyət budur.

Söhbət ondan getmir ki, iş yeri var, ya yoxdur. Söhbət yaxşı ixtisaslı işçidən, mütəxəssisdən gedir. Bu yalnız təhsil müəssisələrinin, dövlətin görəcəyi iç deyil. Eyni zamanda özəl sektordan gələn tələb-təklifin doğuracağı nəticədir.

Bu forumda ən böyük vurğu düzgün ixtisaslaşma üzərində edilir. Dövlət olaraq hansı proqramlar icra edilməlidir və icra ediləcəkdir – biz 2026-cı ilə qədər olan tədbirlər planında göstərmişik. Ölkəmizin mövcud maliyyə imkanları çərçivəsində nələrin edilə biləcəyinə dair indikatorları göstərmişik. Bu layihələrə özəl sektordan, cəmiyyətdən dəstək necə gələ bilər – onları da qeyd etmişik. Bu mövzuların müzakirəsinə xüsusi diqqət ayrılmasının tərəfdarıyam”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir