Cəmiyyət

Həkim-metodist və hüquq məsləhətçisi erkən nikahdan danışacaqlar – ANONS

Sharing is caring!

Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımda erkən nikah və onun reproduktiv sağlamlığa təsiri müzakirə olunacaq. 

Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonaqları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquq məsləhətçisi Nuranə İsmayıllıdır.  

Yayım ərzində erkən nikah və onun reproduktiv sağlamlığa təsiri ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Afət xanıma və Nuranə xanıma ünvanlaya bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir