İqtisadiyyat

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb – FOTO

Sharing is caring!


“AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir