Cəmiyyət

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin vaxtı uzadılıb

Sharing is caring!


COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin vaxtı uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına verilən əlavənin müddəti 2023-ci il oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir