Siyasət

Çunçin şəhərinin nümayəndə heyəti Naxçıvana səfərə gəlib – FOTO

Sharing is caring!


Çin Xalq Respublikasının Çunçin şəhərinin rəsmi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (NMR) səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Səfər çərçivəsində qonaqlar NMR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşərək, iqtisadi və mədəni əlaqələrin inkişafını müzakirə edəcəklər.

Onlar Naxçıvanın istehsal, xidmət sahələri və turizm resurslarına baxış keçirəcəklər.

Xatırladaq ki, 2021-ci ildə “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum” imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir