Cəmiyyət

Tanışını bıçaqlayan şəxsə şərti cəza verildi

Sharing is caring!


Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Zaman Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2022-ci ilin sentyabr ayında, saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Solo” mağazasının qarşısında qeydə alınıb. Belə ki, Zaman Quliyev zərərçəkmiş Məmməd Məmmədovun (şərti) ünvanına nalayiq sözlər deyib. Hadisə Zamanın əvvəllər sevgi münasibətində olduğu, hazırda isə zərərçəkmiş Məmmədlə qeyri-rəsmi ər-arvad münasibətində olan qadının yanında baş verib. Bu olaydan bir ay sonra Məmməd təqsirləndirilən şəxsə zəng edərək onunla görüşmək istədiyini, nəyə görə anasına söydüyünə aydınlıq gətirmək istədiyini bildirib. Görüş zamanı onların arasında mübahisə yaranıb. Nəticədə Zaman cib bıçağı ilə zərərçəkmiş şəxsə qəsdən zərbə vuraraq ona xəsarət yetirib. 

Zaman Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir