İdman

Azərbaycan Premyer Liqası: “Kəpəz” heç vaxt səfərdə “Zirə”yə qalib gələ bilməyib

Sharing is caring!


“Kəpəz” Azərbaycan Premyer Liqasının II turunda üz-üzə gələcəyi “Zirə”yə tarixi ərzində heç vaxt səfərdə qalib gələ bilməyib.

“Report”un məlumatına görə, 2015-ci ildən elitada iştirak edən paytaxt təmsilçisi həmin vaxtdan bəri səkkiz dəfə qəbul etdiyi gəncəlilərə uduzmayıb.

Bakıda keçirilən qarşılaşmaların dördündə heç-heçə qeydə alınıb, dörd dəfə isə ev sahibləri üç xala seviniblər.

Ümumiyyətlə, “Kəpəz” 2015-ci ildən bəri baş tutan 16 duelin yalnız üçündə meydanı qalib tərk edib. Bunun hər üçü ev oyununda reallaşıb. Bölgə təmsilçisi “Zirə” üzərində sonuncu dəfə 2017-ci ilin martında – yəni, altı il beş ay əvvəl qələbə qazanıb. Həmin dönəmdən sonrakı səkkiz görüşün yarısında bərabərlik qeydə alınıb. Maraqlıdır ki, bu heç-heçələrin üçü komandaların çempionat çərçivəsindəki son duellərinə təsadüf edib.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək “Zirə” – “Kəpəz” oyunu saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir