Cəmiyyət

Azərbaycanda ötən gün 69 nəfər koronavirusa yoluxub, üç nəfər ölüb – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu.Az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir