Cəmiyyət

Astarada mikroavtobus nənə və nəvəni vurub, azyaşlı ölüb

Sharing is caring!

Astarada sərnişin mikroavtobusu 4 yaşlı uşağı və nənəsini vurub.

APA-nın cənub bürosu xəbər verir ki, Astara rayonun Ərkivan qəsəbə sakinin, 38 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qadın Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azyaşlının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir