Cəmiyyət

Emin Əmrullayev: “İndiki nəsil başqa cür həyat tərzi axtarır”

Sharing is caring!

“Təhsil sahəsindən məzun olanların işə qəbulolma göstəricisi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir az zaman alır”. 

Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışında deyib. 

Nazir bildirib ki, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldıqları müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmalarıdır:

“Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Bu halda daha çox insan əmək bazarına daxil olur.

İşğaldan azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir. Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir