İqtisadiyyat

Elman Sadıqov: “Azərbaycan Avropanın qaz tədarükündə önəmli ölkələrdən birinə çevrilib”

Sharing is caring!

“Postpandemiya dövründə və növbəti illər ərzində Azərbaycanda iqtisadi artım göstərəcək, eləcə də iqtisadi inkişafını sürətləndirəcək ölkələr sırasındadır”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov Asiya İnkişaf Bankının qlobal hadisələrin fonunda Azərbaycanla bağlı verdiyi proqnozlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, logistika məsələsində Şimal-Cənub, Şərq-Qərb layihələrində o cümlədən nəqliyyat qovşağında Azərbaycan önəmli rol oynayır:

“İkinci məsələ isə odur ki, Azərbaycan Avropanın qaz tədarükündə önəmli ölkələrdən birinə çevrilib. Nəticə etibarilə artıq növbəti illərdə ölkəmizin qazla bağlı bazar axtarmaq kimi məsələsi yoxdur, çünki artıq bazarlar təmin olunub. Yəni, qaz və onun satışı üçün heç bir kəsinti, problem gözlənilmir. Qazdan gələn gəlirlərin stabil olacağı yüksəkdir. O cümlədən neft müqavilələri və tədarükünün də davam etdiyini vurğulamaq lazımdır”.

E.Sadıqov onu da əlavə edib ki, Azərbaycanın qeyri-neft sektorunda və turizm sektorunda da potensialının artacağı gözlənilir:

“Sərhədlərin açılmasından sonra Azərbaycan özünə çoxlu turist cəlb edəcək ölkələrin sırasındadır. Həm nəqliyyat qovşağında olması, həm neft-qaz sahəsindəki əməkdaşlıqlar, həm də neft-qaz qiymətlərinin növbəti bir neçə il ərzində çökmə ehtimallarının aşağı olması buna səbəblərdən biridir. Əlavə olaraq turizm sahəsi və kənd təsərrüfatı sahəsində də atılan addımlar, o cümlədən bir sıra Körfəz ölkələri ilə əməkdaşlıqların genişləndirilməsi, Avropa ölkələri ilə əməkdaşlıqları onu göstərir ki, Azərbaycan növbəti illər ərzində iqtisadi artımı təmin edən ölkələr siyahısındadır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir