İdman

“Sabah”dan növbəti səs-küylü transfer: Sabiq “Qalatasaray”lı ilə anlaşma əldə edildi

Sharing is caring!


Bir neçə gün əvvəl Ayaz Quliyevi heyətinə qatan “Sabah” daha bir “transfer bombası”nı partlatmağa hazırlaşır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi bu dəfə hücum xəttini gücləndirir.

“Bayquşlar” nigeriyalı vinger Cesse Sekidika ilə anlaşıblar. Son olaraq Türkiyədə “Eyüpspor”un formasını geyinən ön xətt oyunçusu azad agent kimi heyətə cəlb ediləcək. Keçid yaxın zamanda açıqlanacaq.

Hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran 27 yaşlı futbolçu karyerası ərzində Portuqaliyada “Benfika” (U-19), Serbiyada “Napredak”, Türkiyədə “Qalatasaray”, “Eskişehirspor”, “Konyaspor” və “Ümraniyespor”, Belçikada isə “Oud Heverli” kimi klubların da formasını geyinib. O, ümumilikdə 158 matçda 28 qol vurub, doqquz məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir