Cəmiyyət

Bakıxanov dəmir yolu dayanacağı yaxınlığında yeni metro stansiyası tikilir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Sosial şəbəkələrdə Bakıxanov dəmir yolu stansiyası dayanacağı yaxınlığında yeni metro stansiyasının tikilməsi ilə bağlı məlumat paylaşılıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, həmin ərazi “Bakı Metropoliteni”nin gələcəkdə inşası nəzərdə tutulmuş obyektlərindən kənarda yerləşir:

“Həmin ərazidə indi metro inşaatı gündəmdə deyil. Çünki o sahəyə qədər xətlərin ayrılması layihəsi üzrə “Dərnəgül”dən sonrakı üç stansiya tikilməlidir. Bakıxanov dəmir yolu dayanacağına qədər daha bir stansiya da inşa olunmalıdır. Bütün bunlar hələlik konseptual inkişaf sxemində nəzərdə tutulmuş layihələrdir. İnşaatından danışmaq çox erkəndir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir