Cəmiyyət

Bakıda məktəbli qız ailəsi tərəfindən döyüldü – İDDİA + FOTO

Sharing is caring!


“Bu gün Bakıda fəaliyyət göstərən peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb”.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, yeniyetmə təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir:

“Qız qorxu içindədir və həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib”.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib ki, hadisə dünən baş verib:

“Qız yaşadığı evdə döyülüb. Bu gün peşə məktəbinə gəlib və rəhbərlik tərəfindən məsələ barədə dərhal Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir