Cəmiyyət

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləniblər

Sharing is caring!

Qazaxda zəhərlənmə faktı qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Türkan Yusifova, onun övladları 2018-ci il təvəllüdlü Damla Yusifova və 2019-cu il təvəllüdlü Yusif Yusifov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir