Dünya

Son 60 ildə adambaşına düşən meşə sahəsi üç dəfə azalıb

Sharing is caring!

1960-cı ildən bəri dünyada meşə sahəsi 81,7 milyon hektar (adambaşına nisbətdə 60%) azalıb.

Bu qənaətə yapon alimləri torpaqdan istifadə ilə bağlı qlobal məlumatları təhlil etdikdən sonra gəliblər.

Onların fikrincə, belə hal ekosistemləri və insanların rifahını təhdid edir.

“Meşələrin daimi itkisi və deqradasiyası ekosistemlərin bütövlüyünə təsir edir, onların biomüxtəlifliyi dəstəkləmək qabiliyyətini azaldır. Bu, həmçinin bütün dünyada, əsasən də həyatı bu və ya digər şəkildə meşədən asılı olan inkişaf etməkdə olan ölkələrdə 1,6 milyard insana təsir edir”, – tədqiqatçılar bildiriblər.

Mənbə: knife.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir