Cəmiyyət

Ülvi Mehdiyev: “ASAN xidmət” təcrübəsini artıq başqa ölkələrə ixrac edir”

Sharing is caring!

“ASAN xidmət” fəaliyyətinin praktikliyi, əlçatanlığı, səmərəliliyi sayəsində populyarlıq qazanıb və indi öz təcrübəsini maraqlı digər ölkələrə ixrac edir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin rəhbəri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi olmasaydı, “ASAN xidmət” bu zirvələrə çata bilməzdi.

Onun sözlərinə görə, “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət xidmətlərinin göstərilməsində korrupsiyanın və bürokratik əngəllərin aradan qaldırılması idi.

O qeyd edib ki, bu illər ərzində ASAN modeli qabaqcıl təcrübəyə görə bir sıra mükafatlara layiq görülsə də, Dövlət Agentliyi xüsusi indeks vasitəsilə strukturun iş keyfiyyətini qiymətləndirən ziyarətçilərin rəylərini dinləməklə xidmətlərinin keyfiyyətini artırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir