İdman

FIFA “İlin ən yaxşı kişi məşqçisi” adına namizədləri açıqladı – FOTO

Sharing is caring!


FIFA “The Best Men’s Coach” – 2023-cü ilin ən yaxşı kişi məşqçisi mükafatına namizəd olan beş məşqçinin adını açıqlayıb.

“Ən yaxşı” mükafatına namizədlər siyahısına beş baş məşqçi – ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”) və Xavi (“Barselona”), italiyalılar Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli” və İtaliya millisi), eləcə də avstraliyalı Anqelos Postekoqlu (“Tottenhem Hotspur”) daxil olub.

“Best FIFA Football Awards” mükafatları hər il dünyanın ən populyar idman növünün ən görkəmli nümayəndələrini ortaya çıxarır. Bu, məşqçilər və futbolçular üçün təkcə ən yüksək mükafat deyil, həm də orada ən fəal şəkildə iştirak edən futbol azarkeşlərinin tanındığı bayramdır”, – deyə FIFA-nın saytında bildirilib.

Ötən il “Ən yaxşı məşqçi” adına Argentina millisi ilə Qətərdə keçirilən Dünya Çempionatının qalibi olmuş Lionel Skaloni layiq görülüb.

Qalib azarkeşlər, jurnalistlər, milli komandaların kapitanları və məşqçiləri arasında səsvermə nəticəsində müəyyənləşəcək.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir