MARAQLI

Türkiyəli astronavt Gezeravcının kosmos səyahəti bu gün başa çatır – FOTO/VİDEO

Sharing is caring!


İlk türkiyəli astronavt Alper Gezeravcının kosmos səyahəti bu gün başa çatacaq. O, Türkiyə vaxtı ilə saat 17:50-də (Bakı vaxtı ilə 18:50) Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılacaq.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır xəbər verib.

Onun sözlərinə görə, komandanın stansiyadan gedişi “Axiom Space” şirkətinin sosial media hesabından canlı yayımlanacaq.

“BKS-də vida mərasimi keçiriləcək. Artıq stansiyada adımız və kosmosda izimiz var”, – deyə nazir vurğulayıb.

Məlumata görə, Gezeravcı komanda yoldaşları ilə birlikdə “Dragon” kapsulunda Yerə qayıdacaq. Kapsulun ABŞ-nin Orlando sahillərində okeana düşəcəyi gözlənilir.

Qeyd edək ki, Gezeravcının kosmos səyahəti yanvarın 16-da başlayıb. O, stansiyada qaldığı iki həftə ərzində 13 təcrübə həyata keçirib.

Xatırladaq ki, Türkiyəli astronavt bundan əvvəl kosmosdakı həyatından və orqanizminə əhəmiyyətli təsirindən, o cümlədən üzünün şişməsindən danışmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir