Cəmiyyət

Bakıda “parkovşik” sürücüyə hücum etdi – VİDEO

Sharing is caring!

Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb.

Lent.az xəbər verir ki, iddialara görə, “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yer üçün ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.

Belə ki, “nəzarətçi” hətta zərbə endirmək məqsədilə stulu götürərək avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini dartaraq zədələyib.

Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində heç bir ödəniş edilməməli olduğunu bildirib.

Qeyd edək ki, Bakı şəhərində hələlik rəsmi olaraq parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir