Cəmiyyət

DGK-nın sədr əvəzi: “Şəffaflaşdırılma yolundan heç vaxt dönən deyiləm”

Sharing is caring!

“Dövlət Gömrük Komitəsi qarşısında qoyulan ən əsas vəzifələr gömrük orqanlarının şəffaflaşması, məmnuniyyət səviyyəsinin artırılması, eyni rasional prosedurların tətbiq edilməsi, bərabər imkanların yaradılmasıdır”.

APA  xəbr verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

 “Bu, qarşımıza qoyulan konkret tapşırıqlardır. Fərd olaraq da bu məsələnin yerinə yetiriləcəyinə tam əminəm. Əvvəlki illərdə gördüyüm təcrübə mənə bunu həyata keçirməyə qətiyyətlə imkan verəcək. Bu yoldan heç vaxt dönən deyiləm”, – deyə Şahin Bağırov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir