Cəmiyyət

Nazir müavini qanunsuz sərnişindaşımalardan DANIŞDI

Sharing is caring!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakıda və rayonlarda qanunsuz sərnişindaşınma ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb.

Onun sözlərinə görə, qanunsuz sərnişindaşınma şəhərdaxili və regionlarda da var:

“Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir.

Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir”.

O qeyd edib ki, hazırda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin də çoxu standartlara cavab vermir:

“Hər bir ölkədə icazə tələb olunur. Bu fəaliyyətlə məşğul olması üçün tələblər və qaydalar müəyyənləşir. Bir ildən artıqdır bu məsələlərlə bağlı müzakirələr gedir. Bununla bağlı yaxın vaxtda layihə təqdim edəcəyik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir