Cəmiyyət

Şəmkirdə mikroavtobus mal-qaranı vurdu: Xəsarət alanlar var

Sharing is caring!

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub. Qəza zamanı “Mercedes Vito” olanlar – 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir