Cəmiyyət

Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

Sharing is caring!




Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.

Şagirdin yaxınlarının Oxu.Az-a verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:

“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir