Kriminal

İsmayıllı rayon sakinindən üç kiloqramdan artıq narkotik vasitə götürülüb – FOTO

Sharing is caring!


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir