Dünya

“Liverpul”un futbolçusunun “Əl-İttihad”a keçidi itlərə görə baş tutmaya bilər

Sharing is caring!


“Liverpul”un yarımmüdafiəçisi Fabinyonun Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçidi baş tutmaya bilər.

Transferin təhlükəyə düşməsinə səbəb futbolçunun itləridir. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı fransız buldoqlarının ölkəyə girişinə qadağa qoyub. Fabinyo isə bu cinsdən olan iki itini özü ilə aparmaq istəyir.

Ölkə fransız buldoqlarını təhlükəli və aqressiv hesab edir. Bu itlərə yalnız ov və ya korlar üçün bələdçi kimi ölkəyə daxil olmağa icazə verilir. Klub hökumətdən Fabinyonun itlərlə birlikdə gəlişinə razılıq verməsini istəyib.

2018-ci ildə Fransa “Monako”sundan “Liverpul”a keçən Fabinyonun Mersisayd klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Braziliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyuna çıxıb, bir məhsuldar ötürmə edib.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir