Dünya

Xulio İqlesias Dominikanın hava limanında saxlanılıb

Sharing is caring!


İspan ifaçı Xulio İqlesias çamadanlarının içindəkilərə görə Dominikan Respublikasının hava limanında saxlanılıb.

Məşhur müğənni qısa müddət sonra sərbəst buraxılıb.

Məlumata görə, insident Punta Kana hava limanında baş verib. Baham adalarından gələn müğənninin baqajında ​​40 kiloqramdan çox ərzaq olub.

Dominikan Respublikasında dayanacaq zamanı gömrük işçiləri İqlesiası ölkəyə idxalı qadağan edilən təzə məhsullar daşıdığını aşkar ediblər.

İfaçı və onunla birlikdə olanların bir neçə saat hava limanında saxlandığı qeyd edilib.

Qeyd edək ki, 80 yaşlı Xulio İqlesias ölkəsinin ən uğurlu müğənnisi hesab olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir