Cəmiyyət

Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, T.Məmmədova bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında baş verib. Belə ki, T.Məmmədov idarə etdiyi “KIA Rio” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətindən “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olarkən Nizami rayonu Ziya Bünyadov prospekti 13 ünvanında yolu keçmək istəyən piyada İlqar Qubad oğlu Həsənovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Məmmədov bir il altı ay sürücülük hüququndan məhrumetmə və üç il altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir