Cəmiyyət

“Azərsu” ASC-nin maşını piyadanı vurub öldürdü

Sharing is caring!

“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

“Azərsu” ASC-nin sözügedən ərazidə xidmət aparan əməkdaşı Əliəkbər Şıxıyevin quruma məxsus avtomobili geriyə verərkən ehtiyatsızlıqdan 68 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir