Cəmiyyət

Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.

Belə ki, “Honda” markalı nəqliyyat vasitəsi, “Toyota” markalı avtomobillə toqquşub.

İdarəetməni itirən “Honda”nın sürücüsü avtomobili dəmir arakəsməyə vuraraq dayanıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində “Honda”nın sürücüsü başından və qolundan xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir