Dünya

Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

Sharing is caring!

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək Dünya Çempionatı futbol tarixinin ən bahalı yarışı olacaq.

Doha 12 il ərzində turnirə hazırlıq üçün 300 milyard dollar xərcləyib.

Qətərin paytaxtı Dohada böyük dəyişikliklər aparılıb. Yaxın Şərqdə ilk Dünya Çempionatı üçün yeni stadionlar və hotellər tikilib ki, bu yeni tikililər bir milyondan çox futbol azarkeşini qəbul etməyə hazırdır.   

Turnirə hazırlıq çərçivəsində yeddi yeni futbol stadionu, metro stansiyası, hava limanı, xəstəxanalar, hotellər və ticarət mərkəzləri inşa olunub.

Qətər Fars körfəzi regionundakı varlı qonşuları ilə birlikdə Avropanın böyük futbol klublarına milyardlarla dollar sərmayə qoyur.

Qətərdə keçirilən dünya çempionatından gəlirin təxminən 5,4 milyard dollar olacağı gözlənilir.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir