MARAQLI

Türkiyədə ac qalan ayılar mikroavtobusa “hücum etdilər”: Pizza ilə qarınlarını doydurdular – VİDEO

Sharing is caring!


Türkiyənin Bitlis vilayətində maraqlı hadisə yaşanıb.

Tatvan rayonu ərazisində yerləşən Nemrut Krater Gölü ətrafında ac qalan ayılar qapı-pəncərələri açıq olan mikroavtobusa giriblər. 

Piknik qalıqları, zibilliklərdən tapdıqları yeməklərlə qidalanan və turistlərin çadırlarına hücum edən ayılar bu dəfə də mikroavtobusda yemək axtarmağa başlayıblar. Nəticədə avtobusun içində pizza tapıblar və acgözlüklə qarınlarını doydurmağa çalışıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir