Dünya

Britaniya Alina Kabayevaya qarşı sanksiyalar tətbiq edib

Sharing is caring!

Britaniya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına qarşı şəxsi sanksiyalar siyahısını genişləndirərək, “Milli Media Qrupu” holdinqinin direktorlar şurasının sədri, bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevanı da siyahıya daxil edib. Bu barədə Krallıq hökumətinin saytında məlumat verilib.

Daha öncə Avropa İttifaqı (Aİ) Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif etmişdi və sanksiyalar siyahısının ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər dəyişikliklərə məruz qala biləcəyi ilə bağlı fikirlər də səslənirdi.

Lakin Britaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Alina Kabayevanın sanksiyalar siyahısına daxil edildiyi barədə məlumat təsdiqlənib.

Həmçinin Kabayevanın nənəsi Anna Zatsepilina, Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və iki əmisi oğlu İqor və Roman Putin də sanksiyalara məruz qalanlar siyahısındadırlar.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir