Cəmiyyət

Kürdəmirdə mağazada yanğın olub – VİDEO

Sharing is caring!

Kürdəmir rayonunun Aran qəsəbəsində mağazada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasının tavanında baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan mağazanın lambirdən ibarət tavanı 40 kvadratmetr sahədə yanıb.

Mağazanın qalan hissəsi və mağazadakı mallar, habelə bitişik obyektlər yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir