Cəmiyyət

Baş məsləhətçi: “Dəm qazı ilə mübarizədə maarifləndirmə müsbət nəticəni verəcək səviyyəyə çata bilmir”

Sharing is caring!

“Təəssüf ki, bu gün dəm qazı ilə mübarizə üçün hazırlanan maarifləndirici tədbirlər gözlənilən müsbət nəticəni verəcək qədər səviyyəyə çata bilmir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Baş məsləhətçisi Eldar Əhmədov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə hər il yeni istehlakçıların sayı artır:

“Bu da o deməkdir ki, yeni istehlakçılar bu sahədə texniki biliklərini artırmalıdırlar. Reallığı qəbul edək ki, qazların yanması üçün istifadə edilən havanın və yanmış qazların çölə çıxması üçün zəruri şərait varsa, o evlərdə heç bir dəm qazı zəhərlənməsi halı baş verə bilməz. Dəm qazı o deməkdir ki, evlərdə qaz tam yanmır, qazın yanması üçün zəruri olan oksigenin həmin otaqda miqdarı tam təmin edilmir. Soyuq hava daxil olmasın, evə səs gəlməsin deyə təmir zamanı bu nüansları diqqətdən kənarda qoyuruq. Qaz qurğusu olan otaqlarda mütləq hava ilə əlaqəli pəncərə, baca olmalıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir