Cəmiyyət

2023-cü ildə geridə qoyduğumuz “Omikron” ştammı, çıxarılan nazirlər, hökm oxunan baş həkimlər – XRONİKA

Sharing is caring!


2022-ci ildə bütün sahələrdə olduğu kimi səhiyyə sektorunda da bir sıra hadisələrlə yadda qalıb.

Oxu.Az bu il səhiyyə sistemində baş verən bir neçə maraqlı məqamın xülasəsini təqdim edir:

2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılmışdı. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 125 nəfər olub, onların da 16 381 nəfəri həkimdir.

Apreldə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Hüseynqulu oğlu Novruzov vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib. 

Avqust ayında Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib. Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib. Bununla yanaşı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişikliklə Agentliyin da vəzifələri artırılıb.

Təəssüf ki, pandemiyanıın daha bir ştammı ilə mübarizə aparmalı olduq. Belə ki, avqust ayında sutka ərzində koronavirusa yoluxma hallarında nisbətən artım müşahidə edilirdi. Yayılma sürəti kifayət qədər yüksək olan infeksion xəstəliyi COVID-19-un “Omikron” ştammının yeni altnövü EG.5 kimi adlandırırlar.

Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirilib.  Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.

Bu ilin oktyabrda Prezident İlham Əliyevin “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərmanına əsasən səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq. Qeyd edək ki, fərmana edilmiş dəyişiklikdən əvvəl səhiyyə nazirinin dörd müavini (birinci müavin və müavinlər) var idi. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib və tibbi xidmətlərin sayı 3 315-ə çatdırılıb. Xidmətlər zərfinə bir sıra yüksək vəsait tələb edən tibbi xidmətlər və əməliyyatlar əlavə edilib. 2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və bir olub. 

Noyabrda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tutduğu vəzifədən azad olunub.

Dekabrda Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub. Hökumə əsasən, Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

İlin sonuncu ayında həm də Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir