Cəmiyyət

Bakıda stilisti qətlə yetirən şəxsə ağır cəza verildi

Sharing is caring!

Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir