Cəmiyyət

Bakıda qəza zamanı komaya düşən tələbə ölüb

Sharing is caring!

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib.

S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir