Cəmiyyət

Toyda sifariş verdiyi musiqi səslənmədi: Özünə xəsarət yetirdi

Sharing is caring!

Gəncə şəhər sakini toyda sifariş verdiyi musiqi səsləndirilmədiyinə görə özünə xəsarət yetirib. 

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Qaraşov şadlıq saraylarının birində olarkən sifariş verdiyi musiqinin səsləndirilmədiyindən əsəbiləşib.

O daha sonra yumruqla restoranın qapısındakı şüşəni sındırıb və nəticədə əlinə xəsarət yetirib.

Qeyd edək ki, hadisəni törədərkən Ş.Qaraşov sərxoş olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir