Siyasət

Dövlət orqanlarının iş planlarının illik hesabatlarının tərtib edilməsi qaydası təsdiqləndi

Sharing is caring!

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib.

Nazirlər Kabinetindən verilən məlumata görə, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.

Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.

Bu Qayda “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir