Kriminal

“Məktəbdə bomba var” deyən şəxsin işi məhkəməyə göndərildi

Sharing is caring!

Ağsu rayonunda məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan 23 yaşlı Füzuli Nizamlının barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu il mayın 4-də saat 04.50-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə mobil telefondan zəng edən şəxs: “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var”, – deyib.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edildiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılıb.

F.Nizamlının barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir