Cəmiyyət

Ramik Əşrəfov: “Azad edilmiş ərazilərdə nadir ağaclar əkiləcək”

Sharing is caring!

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıllaşdırma və landşaft quruluşu” ASC-də hazırda 500 minə yaxın zeytun tingimiz var. Onların bir hissəsi işğaldan azad edilmiş ərazilərdə yerli şəraitə uyğun əkiləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu “Yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Ramik Əşrəfov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə təkcə zeytun deyil, sərv, dağdağan, akasiya ağaclarının, eləcə də nadir bitkilər sayılan Şərq çinarı və Eldar şamının əkilməsi nəzərdə tutulur:

“Füzuli rayonunda hava limanı ətrafında 200 hektar sahə ayrılıb. Onun 60 hektarlıq hissəsi, eyni zamanda Cəbrayıl rayonunun 25 hektar ərazisi əkin işləri üçün minalardan təmizlənib. Oralarda yeni tingləri əkib yoxlamaq istəyirik”.

R.Əşrəfov bildirib ki, Zəngilanda 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib:

“Bizim tinglərimiz 2014-cü ilə qədər Türkiyə və İspaniyadan gətirilirdi. Artıq o sortları özümüz istixanada yetişdiririk. Bu gün sahələrdə yetişdirdiyimiz tinglərdən istifadə edirik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir