Cəmiyyət

Ata oğlunun asılmış meyitini tapdı

Sharing is caring!

Masallıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir