Cəmiyyət

Britaniyanın Azərbaycandakı səfirindən tapmaca: “Bəs F nədir?” – VİDEO

Sharing is caring!

“Azərbaycan 30 ildir ki, Britaniya üçün mühüm tərəfdaşdır”.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz “Twitter” hesabında paylaşdığı videoda deyib.

Diplomat qeyd edib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq onun yeddi əsas prioriteti var. O, prioritetləri əlifba sırası ilə qeyd edib:

“A) Azərbaycanla tərəfdaşlıq; B) İkitərəfli ticarət və investisiyaları artırmaq; C) İqlim dəyişikliyi və enerji təhlükəsizliyi; D) Minatəmizləmə, müdafiə və narkotiklər; E) İngilis dilinin tədrisi, Azərbaycanda istedadlı gənclərin potensialını üzə çıxarmaq; G) Gender bərabərliyi məsələlərinin həlli istiqamətində fəaliyyət”.

Çıxışının tamamında səfir izləyicilərə xitab edərək əlifba sıralamasında F hərfini təsadüfən yaddan çıxarmadığını və bu hərf altında hansı prioritetin nəzərdə tutulduğunu tapmağı izləyicilərin ixtiyarına buraxıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir