Kriminal

Bakıda qadını küçədə bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Bakıda qadını küçədə bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində törədilib. 1983-cü il təvəllüdlü Çinarə Mübariz qızı İsmayılovanı bıçaqlayan 1984-cü il təvəllüdlü Yadigar Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hazırda araşdırmalar davam etdirilir.

15:24

Bakıda Yasamal rayonunda dəhşətli hadisə törədilib. 

Oxu.Az xəbər verir ki, hadisənin görüntülərini jurnalist Könül Aypara sosial şəbəkə hesabında paylaşıb. Belə ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsində hərəkət edən qadına qəfil hücum edərək, onu bıçaqlayıblar. 

Qadına küçədə hücum edən şəxsin kimliyi məlum deyil. Hazırda polis əməkdaşları və təcili tibbi yardım maşını əraziyə cəlb ediliblər. 

Həmin görüntüləri təqdim edirik: 

Aysel Aslan

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir