Cəmiyyət

Ali Məhkəmənin Plenumunun qərarlarının tələblərinə ciddi əməl olunması ilə bağlı hakimlərə tövsiyələr verilib

Sharing is caring!


Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun avqustun 4-də “Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi” mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrinin sədrləri ilə görüşünün nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsində konfrans keçirilib.

Bu barədə Sumqayıt Apellyasiya Məhkəməsi məlumat yayıb.

Qeyd olunub ki, konfransda Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.

T.Paşayev Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub.

Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Daha sonra apellyasiya baxışının nəticələrinə əsasən ləğv edilmiş konkret işlər üzrə nöqsanlar, xarakterik pozuntular birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırılıb, mövcud məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İşlərə baxılarkən qanunvericiliyin, Ali Məhkəmənin Plenumunun qərarlarının tələblərinə ciddi əməl olunması ilə bağlı birinci instansiya məhkəmələrinin hakimlərinə tövsiyələr verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir